Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bütün dünyanı təlaşa salan şəxsin özünün vəziyyəti yaxşı deyil

© AP Photo / Christophe Ena, PoolГенеральный директор Всемирной организации здравоохранения Тедрос Аданом Гебреисус, фото из архива
Генеральный директор Всемирной организации здравоохранения Тедрос Аданом Гебреисус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Hamımızın səhiyyə qaydalarına riayət etməyimiz vacibdir. Bu şəkildə COVID-19-un yayılmasının qarşısını alacağıq, virusun öhdəsindən gələcəyik və səhiyyə sistemlərini qoruyacağıq", - deyə o vurğulayıb.

BAKI, 2 noyabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus koronavirusa yoluxma şübhəsi ilə özünü təcrid edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə baş direktor "Twitter" hesabında məlumat verib.

O bildirib ki, infeksiyaya yoluxduğu təsdiqlənmiş şəxslə təmasda olduğu üçün ÜST-ün təlimatlarına uyğun olaraq qarşıdakı bir neçə gün ərzində özünü təcrid edəcək və evdən işləyəcək.

Baş direktor qeyd edib ki, vəziyyəti yaxşıdır və onda virusun simptomları yoxdur.

"Hamımızın səhiyyə qaydalarına riayət etməyimiz vacibdir. Bu şəkildə COVID-19-un yayılmasının qarşısını alacağıq, virusun öhdəsindən gələcəyik və səhiyyə sistemlərini qoruyacağıq", - deyə o vurğulayıb.

Xəbər lenti
0