22:49 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
67 0 0

Ali nümayəndə, həmçinin qeyd edib ki, ifadə azadlığından bütün dini inanclara və ehkamlara hörmət edilmək şərti ilə istifadə olunmalıdır

BAKI, 29 oktyabr — Sputnik. Birləşmiş Millətlər Təşkilatı (BMT) Fransanın "Charlie Hebdo" jurnalınının Məhəmməd Peyğəmbərdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğanın da təhqiramiz karikaturalarını dərc etməsinə münasibət bildirib. Sputnik Azərbaycan-ın Türkiyənin TRT Haber saytına istinadən yaydığı məlumata görə, BMT-nin Sivilizasiyalar İttifaqının Ali nümayəndəsi Migel Anxel Moratinos yazılı açıqlamasında bütün dinlərə və inanclara qarşılıqlı hörmət etməyə, qardaşlıq və sülh mədəniyyətinin təbliğinə çağırıb.

Bu cür təxribatçı hərəkətlərin dinləri, inancları və ya etnik mənsubiyyətləri səbəbindən günahsız mülki insanlara qarşı zorakılıq hallarının artmasına gətirib çıxardığını vurğulayan Moratinos bildirib ki, dini atributları və müqəddəs simvolları təhqir etmək cəmiyyətdə kin və zorakılığı çoxaldır.

Ali nümayəndə, həmçinin qeyd edib ki, ifadə azadlığından bütün dini inanclara və ehkamlara hörmət edilmək şərti ilə istifadə olunmalıdır.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın "Charlie Hebdo" jurnalını məhkəməyə verib.

Xatırladaq ki, 7 yanvar 2015-ci il tarixində silahlı şəxslər Charlie Hebdo-nun Parisdəki binasına basqın edərək 12 nəfəri öldürmüşdü. Əl-Qaidə təşkilatı Əlcəzair mənşəli Şərif və Səid Kouaçi qardaşlarının təşkil etdiyi hücumun məsuliyyətini öz üzərinə götürmüşdü. Təşkilatdan bildirilmişdi ki, Məhəmməd peyğəmbərin karikaturalarını dərc etdiyi üçün jurnalın əməkdaşlarından bu yolla intiqam alınıb.

 

Əlaqədar

"Charlie Hebdo" Ərdoğanın təhqiramiz karikaturalarını yayımladı
Hacıyev: "Charlie Hebdo" jurnalının Ərdoğanı hədəfə almasını kəskin şəkildə qınayırıq"
Ərdoğan "Charlie Hebdo"nu məhkəməyə verdi

Əsas mövzular