06:02 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
18701

Nikos Dendiasın təyyarəsi Türkiyənin hava sahəsinə daxil olmamışdan əvvəl uçuş planı təqdim etməyib.

BAKI, 15 oktyabr — Sputnik. Türkiyənin Xarici İşlər Nazirliyi Yunanıstan Xarici İşlər naziri Nikos Dendiasın təyyarəsinin havada gözlədilməsi məsələsinə aydınlıq gətib. Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən verdiyi xəbərə görə, təyyarənin gözlədilməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir. Xəbərdə bildirilir ki, Yunanıstan naziri Nikos Dendiasın təyyarəsi Türkiyənin hava sahəsinə daxil olmamışdan əvvəl uçuş planı təqdim etməyib.

"Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias oktyabrın 14-də İraqa gedib-gəlmək üçün bizim hava sahəmizdən istifadə etmək məqsədilə icazə istəyib, biz də həmin icazəni vaxtında təqdim etmişik. Ancaq həmin təyyarə İraqda xarab olduğundan Yunanıstan tərəfi naziri başqa bir təyyarə ilə təmin edib. İkinci təyyarənin də eyni uçuş icazə nömrəsi ilə hava sahəmizdən istifadə etməsinə vaxtında razılıq verilib", – deyə nazirliyin açıqlamasında bildirilir.

Məlumatda o da deyilir ki, N.Dendiasin təyyarəsinin Türkəyinin hava sahəsində gözlədilməsi xəbəri həqiqətə uyğun deyil və qərəzli xarakter daşıyır. Çünki təyyarə Türkiyəyə uçuş planı təqdim etmədən İraqdan havaya qalxıb: "Uçuz planları Eurocontrol sisitemi vasitəsilə alınır. Plan həmin sistemə daxil edilmədiyindən təsdiqlənməyib. Odur ki, təyyarə Türkiyənin hava sahəsinə yaxınlaşanda İraqdan uçuş planı tələb edilib. Plan təqdim ediləndən sonra isə dərhal təhlükəsiz uçuş həyata keçirilib".

Qeyd olunur ki, artıq məsələ ilə bağlı Yunanıstanın Xarici İşlər Nazirliyinə məlumat verilib.

Əsas mövzular