14:06 29 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
21 0 0

ABŞ-ın Demokrat Partiyasından prezidentliyə namizəd Cozef Bayden Trampın xəstəliyi səbəbindən növbəti teledebatın vaxtını dəyişməyə hazır olduqlarını bəyan edib

BAKI, 5 oktyabr — Sputnik. ABŞ-ın Demokrat Partiyasından prezidentliyə namizəd Cozef Bayden COVID-19 virusuna yoluxmuş Amerika lideri Donald Trump ilə növbəti teledebatı təxirə salmağa hazır olduğunu açıqlayıb. Bu barədə Baydenin seçki qərargahının sözçüsü Keyt Bedinqfild məlumat verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, K. Bedinqfild teledebatın təyin olunmuş tarixdə baş tutacağına ümid etdiklərini və Trampın tezliklə sağalmasını arzuladıqlarını bildirib. Onun sözlərinə görə, növbəti teledebatın keçirilmə vaxtı, ilk növbədə, Trampın sağlamlıq vəziyyətindən asılıdır. Lakin hər bir halda, Baydenin seçki qərargahı teledebatların qrafikini dəyişməyə hazırdır.

Qeyd edək ki, Baydenlə Tramp arasında növbəti teledebatın 15 oktyabr tarixində keçirilməsi planlaşdırılırdı. İlk belə teledebat isə sentyabrın 29-da baş tutub.

Əlaqədar

Donald Trampın xəstəxanadan buraxılacağı gün açıqlanıb
Co Bayden Qarabağdan danışıb Rusiyaya eyham vurdu
Donald Tramp və xanımı koronavirusa yoluxublar
“İnterneti partladan böyük hadisə” – Tramp əks-hücuma keçdi
"Axmaq olmaq istəmirik". Tramp seçki fırıldaqçılığı barədə xəbərdarlıq etdi
Teqlər:
ABŞ, prezident, seçki, debat, Donald Tramp, Cozef Bayden

Əsas mövzular