13:57 29 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
136030

ABŞ Prezidenti Donald Trampın adına Ağ Evə göndərilən bir paketdə ölümcül zəhər olan "risin" (ricin - ing.) proteini təsbit edilib. Risinin zərrə qədər miqdarı belə adamı öldürməyə qadirdir.

BAKI, 20 sentyabr — Sputnik. Ağ Evə ABŞ Prezidenti Donald Trampın adına içində ölümcül dərəcədə zəhərli olan "risin" maddəsi olan bir paketin gördərildiyi məlum olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə CNN hüquq-mühafizə orqanlarındakı iki mənbəyə istinadla məlumat yayıb.  

Amerika mətbuatında yer alan xəbərlərə görə, zəhərin ötən həftənin əvvəlində Ağ Evə göndərildiyi və üzərinə alıcısı kimi Trampın adının yazıldığı bildirilib.

Paket Ağ Evin təhlükəsizlik heyəti tərəfindən müsadirə edilib. İçində risinin mövcudluğunun sübuta yetirilməsi üçün paketdən nümunələr götürülüb və iki test edilib.

Məsələ ilə bağlı Federal Təhqiqatlar Bürosu (FBI) və Prezidenti qoruyan Məxfi Servis tərəfindən istintaq başladılıb. Ağ Ev hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, Ağ Evə göndərilən bütün poçtlar kənardakı bir bölgədə nəzarətdən keçirilir.

Risinin zərrə qədər miqdarı belə adamı öldürmək üçün yetərlidir.

Dünyanın ən güclü zəhərlərindən biri sayılan risin ana vətəni Hindistan olan və südləyənkimilər fəsiləsinə aid gənəgərçək toxumundan əldə edilir. O, proteinin quruluşundakı güclü bir sitotoksin kimi tanınır. Qaz şəklində dağıldıqda ağciyər çatışmazlığına səbəb olur. Bu maddə 8 saat ərzində insan orqanizmində patoloji dəyişikliklər, 36-72 saat müddətində isə nəfəs çatışmazlığı yaradır.

Qanda tapılması çox çətin olduğuna görə, keçmişdə bir çox siyasi sui-qəsdlərdə bu zəhərdən istifadə edilib.

Əlaqədar

Tramp demokratları günahlandırdı: "Sizə görə Rusiyadan neft almaq məcburiyyətindəyik"
Tramp Texas ştatında fövqəladə vəziyyət rejimi elan edib
Bu dəfə Tramp dünyanı təhdid etdi – Elə silah sistemlərimiz var ki...
Tramp “kartları” açır: Rusiya onu prezident görmək istəyir
Tramp prezident seçkiləri üçün ən böyük təhdidi açıqladı
Teqlər:
CNN, ABŞ, zəhər, Federal Təhqiqatlar Bürosu, FTB, Ağ Ev, ABŞ prezidenti Donald Tramp, Donald Trump

Əsas mövzular