01:20 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
22 0 0

Qeyd edək ki, Tramp daha əvvəl də poçtla səsvermə prosedurunu tənqid edib. O, əmindir ki, belə seçkilər saxtalaşdırıla bilər.

BAKI, 17 sentyabr — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp ölkədə keçiriləcək prezident seçkilərinə ən böyük təhdidin – poçtla səsvermə olduğunu bildirib. Sputnik Azərbaycan "Fox News" telekanalına istinadən xəbər verir ki, bunu ABŞ prezidenti keçirdiyi mətbuat konfransında bildirib.

Prezidentliyə namizəd Trampın fikrincə, poçtla səsvermə seçkilərə xarici müdaxilə ehtimalından da ciddidir.

"Bu dəfəki seçkilərə ən ciddi təhlükə milyonlarla adam tərəfindən göndərilən və qubernatorların nəzarətində olan bülletenlərdir", - deyə Tramp qeyd edib.

Qeyd edək ki, Tramp daha əvvəl də poçtla səsvermə prosedurunu tənqid edib. O, əmindir ki, belə seçkilər saxtalaşdırıla bilər.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri bu ilin noyabrında baş tutacaq.

Əsas mövzular