01:53 25 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
1910

Ali komissar Cozep Borell bildirib ki, Avropa İttifaqı Aleksandr Lukaşenkonu legitim prezident hesab etmir və avqustda keçirilən seçkilərin saxtalaşdırıldığını düşünməkdədir.

BAKI, 17 sentyabr — Sputnik. Avropa Parlamenti avqustun 9-u Belarusda keçirilən seçkilərin nəticələrini tanımayıb. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Bundan əlavə, Avropa Parlamenti Aleksandr Lukaşenkonu Belarusun legitim prezidenti saymır.

Qeyd edək ki, sentyabrın 14-ü Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali komissarı Cozep Borell bildirib ki, Avropa İttifaqı Aleksandr Lukaşenkonu legitim prezident hesab etmir və avqustda keçirilən seçkilərin saxtalaşdırıldığını düşünməkdədir.

Borell deyib: 

"Biz hesab edirik ki, avqustun 9-u baş tutan seçkilər saxtalaşdırılıb... Biz Lukaşenkonu Belarusun legitim prezidenti olaraq qəbul etmirik."

Yeri gəlmişkən, Lukaşenko barədə danışarkən o, Belarus əvəzinə Ukraynanın adını çəkib. Daha sonra ona düzəliş edilib və Aİ-nin Ali komissarı üzr istəyib.

Qeyd edək ki, Belarusda bir aydan artıq müddətdir ki, 9 avqust prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq kütləvi aksiyalar keçirilir. Rəsmi nəticələrə görə, Aleksandr Lukaşenko seçkilərdə səslərin 80%-ni toplayıb. Lukaşenko özü iddia edir ki, baş verənlərin arxasında Qərb dayanır.

Əlaqədar

Lukaşenko internetdə yayılan məşhur görüntülərindən danışdı
Hakimiyyəti heç kimə verməyəcəyəm – Lukaşenko
İkinci gəliş: Lukaşenko bu dəfə tüninq olunmuş silahla görüldü - FOTO - VİDEO
Təsdiqləndi, Lukaşenko Moskvaya gedəcək
Lukaşenko Rusiyadadır: Putinlə gələcək münasibətləri aydınlaşdıracaq
Teqlər:
Belarus, Moskva, Belarus prezidenti Aleksandr Lukaşenko

Əsas mövzular