05:00 28 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
10 0 0

Bir qədər əvvəl, Yaponiya Baş naziri Sindzo Abe və onun təmsil etdiyi hökumət tam tərkibdə istefaya gedib.

BAKI, 16 sentyabr — Sputnik. Yoşihide Suqa Yaponiyanın yeni baş naziri seçilib. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, Nümayəndələr Palatası hökuməti formalaşdıracaq yeni baş naziri seçmək üçün fövqəladə iclas keçirib.

İclasda səsvermə baş tutub və iştirak edən 462 deputatdan 314-ü hakim Liberal Demokratik Partiyasının sədri Yoşihide Suqaya səs verib.

Bir qədər əvvəl, Yaponiya Baş naziri Sindzo Abe və onun təmsil etdiyi hökumət tam tərkibdə istefaya gedib. Suqa bundan əvvəl Sindzo Abenin baş katibi vəzifəsində çalışıb.

Əsas mövzular