00:29 25 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
43800

Ağ  Evin başçısı etiraf edib ki, sui-qəsddən imtina etdiklərinə görə peşman deyil, çünki planın uğurla başa çatacağından əmin deyilmiş.

BAKI, 15 sentyabr — Sputnik.  ABŞ Prezidenti Donald Tramp bildirib ki, bir neçə il öncə Suriya lideri Bəşər Əsədin öldürülməsi ilə bağlı əməliyyat planlaşdırırmış. Ancaq sonra bu ideyasından vaz keçib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə o, Fox News telekanalına müsahibəsində deyib.

“Firikləşirdim ki, onu məhv eləmək daha yaxşıdır. Biz hazır idik. Amma Mettis (Pentaqonun sabiq rəhbəri Ceyms Mettis – red.) razı olmadı. General Mettisi çox şişirdiblər”, - Tramp bildirib.

Ağ  Evin başçısı əlavə edib ki, sui-qəsddən imtina etdiklərinə görə peşman deyil, çünki planın uğurla başa çatacağından əmin deyilmiş.

2018-ci ildə Donald Tramp bildirmişdi ki, KİV-in ABŞ hökumətinin Bəşər Əsədi məhv etmək planları barədə yaydığı məlumatlar həqiqətə uyğun deyil.

Əlaqədar

İnanılmaz: Bəşər Əsəd Donald Trampı necə xilas edib

Əsas mövzular