12:12 25 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
26 0 0

Qeyd olunur ki, sui-qəsdin hazırlanması barədə məlumatlar hələ yazda var idi, lakin detallar indi məlum olub.

BAKI, 15 sentyabr — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp guya Tehranın ABŞ-a qarşı hücumlar hazırlamasına dair yayılan məlumatlara reaksiya verib. Sputnik Azərbaycan xəbər verir ki, Tramp öz "Twitter" səhifəsində yazıb.

"İranın ABŞ-a istənilən formada, istənilən hücumu miqyasca 1000 qat artıq olan İrana hücumla qarşılanacaq", - deyə Tramp qeyd edib.

İran Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Səid Hətibzadə bəyan edib ki, Tehranın ABŞ-ın CAR-dakı səfiri Lan Marksa qarşı sui-qəsd hazırlamasına dair planları əsassızdır. Eyni zamanda o qeyd edib ki, İran Süleymaninin öldürülməsinə görə Vaşinqtonu bağışlamayacaq və bunu unutmayacaq.

Qeyd edək ki, "Politico" nəşri Amerika hökumətindəki mənbələrə istinadən yazıb ki, İran general Qasım Süleymaninin qətlinə görə ABŞ-ın Cənubi Afrika Respublikasındakı səfiri Lan Marksa qarşı sui-qəsd hazırlaya bilər.

Qeyd olunur ki, sui-qəsdin hazırlanması barədə məlumatlar hələ yazda var idi, lakin detallar indi məlum olub.

Amerika kəşfiyyatının məlumatına görə, səfirə qarşı sui-qəsd İranın qisasının variantlarından yalnız biridir. Marksın ABŞ Prezidenti Donald Tramp ilə uzun müddət dostluq etdiyinə görə hədəf seçildiyi iddia edilir.

O, 2019-cu ilin oktyabrında ABŞ-ın Cənubi Afrika Respublikasındakı səfiri vəzifəsinə təyin olunub. Medianın məlumatına görə, diplomata mümkün sui-qəsd barədə xəbərdarlıq edilib.

ABŞ Prezidenti Donald Tramp İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Əl-Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin "Amerikanın dörd səfirliyinə hücumlarının qarşısını almaq üçün" öldürülməsini əmr edib.

2020-ci il yanvarın 3-də Bağdad hava limanından yola düşərkən Süleymaninin karvanı atəşə tutulub. Nəticədə, Süleymani ilə birlikdə İraqın yüksək rütbəli hərbi məmuru Əbu Məhdi Əl-Muhəndis və onları müşayiət edən bir neçə döyüşçü həlak olub.

Əsas mövzular