13:56 23 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
93920

Sakinlər baş verənləri qiyamət əlaməti kimi qəbul edirlər. Ekspertlər isə bunu iqlim dəyişikliyi ilə əlaqələndirirlər

BAKI, 13 sentyabr — Sputnik. ABŞ-ın Kaliforniya ştatında yaşayış məntəqələri ilə sənaye mərkəzlərinə ciddi ziyan vuran alov burulğanını videoya çəkiblər.

Sputnik Azərbaycan bildirir ki, kadrları Baza nəşri özünün Telegram kanalında yayıb.

Quş uçuşu məsafəsindən çəkilən videoda uzaqda od burulğanının necə fırlandığı görünür. Səma qıpqırmızı rəngdədir, həyəcan siqnalı eşidilir. 

Alov burulğanı nadir hadisədir, bu zaman havanın və ətrafdakı obyektlərin temperaturu 10000 C-yə çata bilər. Bu cür burulğanın yaxınlığında olan hər şey yanır və ya əriyir.

ABŞ-ın qərbini cənginə alan rekord sayda güclü meşə yanğınları səbəbindən ən azı 23 nəfər həyatını itirib. 12 ştatda yüzlərlə insanın evi məhv olub. Ən çox ölüm sayı isə Kaliforniyadadır, burada 19 nəfər alovların qurbanı olub.

Sakinlər baş verənləri qiyamət əlaməti kimi qəbul edirlər. Ekspertlər isə bunu iqlim dəyişikliyi ilə əlaqələndirirlər.

 

Əlaqədar

San-Fransiskonun narıncı səması - Qiyamət gününün görüntüləri
Ötən ay partlayış, bu ay yanğın - VİDEO
“Qaçın!” – Bütöv bir ştatın əhalisinə xəbərdarlıq edildi - VİDEO
Kaliforniya alov içində: Minlərlə insan təxliyə olunub
Teqlər:
video, ABŞ, Kaliforniya, ölüm, alov burulğanı, alov, rekord, yanğın, qiyamət

Əsas mövzular