Qoçlar da rekord qırır: birinə yarım milyon dollar verdilər

© AP Photo / MATTHIAS RIETSCHELСтадо овец, фото из архива
Стадо овец, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İkiqat Brilyant (Double Diamond) ləqəbli qoç teksel cinsindəndir, ondan əsasən damazlıq kimi istifadə olunur

BAKI, 30 avqust — Sputnik. Şotlandiyada hərracda satılan qoç qiyməti ilə rekord qırıb. Ona görə yeni sahibi 367.5 min funt-sterlinq, yəni 490.6 min dollar pul ödəyib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə The Independent yazıb.

Qəzetin məlumatına görə, İkiqat Brilyant (Double Diamond) ləqəbli qoç teksel cinsindəndir, ondan əsasən damazlıq kimi istifadə olunur. Qeyd olunur ki, bu cinsdən olan qoyunlar yüksək keyfiyyətli əti ilə seçilir. 

​Bundan əvvəlki rekord da elə Şotlandiyada qeydə alınıb: 2009-cu ildə bir qoyun 231 min funta satılıb.

Xəbər lenti
0