00:47 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
15 0 0

Alimlər Qrenlandiya buzlağının artıq "geri dönüş nöqtəsini" keçdiyi qərarına gəliblər. Onların fikrincə, qlobal istiləşmə dayandırıla bilsə belə, buzlaq əriməyə davam edəcək.

BAKI, 23 avqust — Sputnik. Müşahidə dövrü ərzində Qrenlandiya 2019-cu ildə rekord həddə - 532 milyard ton buz itirib.

Sputnik Azərbaycan xəbər verir ki, ərimə nəticəsində okeanlara hər saniyədə 3 milyon ton su axır.

Qrenlandiya hazırda dəniz səviyyəsinin qalxmasının əsas səbəbkarıdır. 2019-cu ildə buzların əriməsi ilə əlaqədar olaraq, bu göstərici 1,5 mm (ümumi həcmdən 40%) artıb.

Qrenlandiyada əvvəlki ərimə rekordu 2012-ci ildə qeydə alınıb, yenisi onu 15 faiz üstələyib. Ekoloqlar buz təbəqəsinin məhvinə yönəlmiş uzunmüddətli tendensiyalardan narahatdırlar.

Hesablamalara görə, Qrenlandiyada bütün buz təbəqəsi əriyərsə, okeanların səviyyəsi 7 metr artacaq.

Bu isə yüz milyonlarla insanın yaşayış yerini itirməsi deməkdir.

Əvvəlki tədqiqatlara görə, Qrenlandiya buzlağının vəziyyəti 2000-ci illərə qədər nisbi tarazlıqda olub. İlk dövrlərdə buzlaq itirdiyi qədər kütlə yığıb. Lakin sonra tarazlıq pozulub, ərimə sürəti kəskin artıb və onun təbii yolla bərpası mümkün olmayıb.

Alimlər Qrenlandiya buzlağının artıq "geri dönüş nöqtəsini" keçdiyi qərarına gəliblər. Onların fikrincə, qlobal istiləşmə dayandırıla bilsə belə, buzlaq əriməyə davam edəcək.

Əsas mövzular