12:57 25 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
198801

İyunda The Hill nəşri yazmışdı ki, qadın seçicilərin çoxu hazırkı prezidentin yenidən seçilməsinin əleyhinədir

BAKI, 18 avqust — Sputnik. ABŞ Prezidenti Donald Tramp bir əsr bundan əvvəl səsvermədə qanunsuz iştirakda ittiham edilən sufrajistka Syuzan Entonini əfv edəcək.

Sputnik Azərbaycan bildirir ki, bu barədə The New York Times yazır.

Nəşr bu qənaətdədir ki, Trampın bu addımı prezident seçkisi ərəfəsində qadın seçicilərin səsini qazanmaq cəhdidir.

Əfv mərasimi ABŞ Konstitusiyasının qadınlara səs vermə hüququ tanıyan 19-cu düzəlişinin 100 illiyinə həsr olunub. Kütlə qarşısında çıxış edən Tramp deyib ki, dəyişikliklərə baxmayaraq, Entoni bəraət almayıb.

“Onu səs verdiyinə görə ittiham etdilər, biz isə tam və qəti bəraətə imza atacağıq”, - Prezident bəyan edib.

NYT qeyd edir ki, Entoni müasir feminist hərəkatı üçün birmənalı fiqur deyil. Yəni o, abortlara qarşı çıxıb, üstəlik, sufrajist hərəkatının qaradərili üzvlərini sıxışdırdığı barədə də məlumatlar var.

İyunda The Hill nəşri yazmışdı ki, qadın seçicilərin çoxu hazırkı prezidentin yenidən seçilməsinin əleyhinədir. Sorğuda iştirak edən qadınların 53 faizi Trampa qarşı qəti əleyhinə, 9 faizi isə sadəcə əleyhinə olduğunu bildirmişdi.

Qeyd edək ki, bu gün səhər Donald Tramp “çox, çox vacib bir şəxsi” əfv edəcəyinin anonsunu vermişdi. Amma həmin şəxsin nə ABŞ və Böyük Britaniyanın internetdə izləmə proqramları barədə qəzetlərə məxfi sənədləri ötürən Edvard Snouden, nə də Trampın cəmi üç həftə milli təhlükəsizlik məsələləri üzrə müşaviri işləmiş Maykl Flinn olmayacağı bəlli idi.

 

Əlaqədar

Qafqazdan ABŞ-dakı prezident seçkisinə reaksiya: "Bəzi şeyləri artıq bilirik"
ABŞ seçkiyədək NATO-dan çıxa bilər
Hələ gözlə - Ağ Ev Trampın arzusunu şərh etdi
Tramp proqnoz verdi: Bayden seçilsə, Çin dilini öyrənməli olacaqsız
ABŞ prezidentlərini düzgün "tapan" professor Tramp haqda proqnoz verdi

Əsas mövzular