17:07 23 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
518 0 0

Lukaşenko qeyd edib ki, yeni Konstitusiyanın iki variantı ona təklif edilib, lakin o, onları rədd edib, çünki onlar hazırkı Konstitusiyadan az fərqlənir.

BAKI, 17 avqust — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko yenilənmiş Konstitusiyanın üçüncü variantı üzərində iş aparıldığını bildirib.

Sputnik Belarus xəbər verir ki, bu barədə dövlət başçısı Minsk Təkərli Yedək Maşınları Zavodunun işçiləri ilə görüşdə bildirib.

Lukaşenko qeyd edib ki, ona artıq Konstitusiyanın iki variantı təklif edilib, lakin o, onları rədd edib, çünki onlar hazırkı Konstitusiyadan az fərqlənir.

Dövlət başçısı yeni Konstitusiya qəbul edildikdən sonra yeni prezident seçkilərinin keçirilə biləcəyini deyib.

Onun sözlərinə görə, əsas qanunun yeni versiyasında hakimiyyət səlahiyyətlərinin yenidən bölüşdürülməsini nəzərdə tutan müddəalar ola bilər.

Lukaşenko özü səlahiyyətlərini paylaşmağa hazır olduğunu deyib, "ancaq təzyiq altında deyil".

Teqlər:
Minsk Təkərli Yedək Maşınları Zavodu, Minsk, Konstitusiya, Prezident seçkiləri, Belarus prezidenti Aleksandr Lukaşenko, Aleksandr Lukaşenko

Əsas mövzular