23:56 21 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
1216 0 0

"Biz seçkilərdən əvvəl Vladimir Putinlə zirvə görüşünü planlaşdırmırıq", – O'Brayen Trampın arzusunu şərh edərkən bildirib.

BAKI, 17 avqust — Sputnik. ABŞ Prezidenti Donald Trampın administrasiyası onunla Rusiya Prezidenti Vladimir Putin arasında seçkilərdən əvvəl görüş təşkil etməyi planlaşdırmır.

Sputnik Azərbaycan "NBC News" telekanalına istinadən xəbər verir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik müşaviri Robert O'Brayen bildirib.

Bir qədər əvvəl "NBC" telekanalı xəbər verib ki, Tramp ABŞ-da noyabr seçkilərindən əvvəl Putinlə şəxsən görüşmək istədiyini məsləhətçilərinə etiraf edib.

Bu məlumatları şərh edən O'Brayen bildirib ki, Tramp Rusiya lideri ilə görüş keçirməyi xahiş etməyib.

"Biz seçkilərdən əvvəl Vladimir Putinlə zirvə görüşünü planlaşdırmırıq", – O'Brayen "NBC News" telekanalının efirində bildirib.

Bununla yanaşı milli təhlükəsizlik müşaviri qeyd edib ki, ABŞ mümkün olan kimi Rusiya prezidentini qəbul etməyə məmnun olardı.

"Vladimir Putin həm amerikalıları, həm də rusları müdafiə edən silahlara nəzarət haqqında möhtəşəm razılaşmaları imzalamaq üçün nə vaxtsa buraya gəlsə xoşbəxt olarıq", - O'Brayen bildirib.

O'Brayen əlavə edib ki, Birləşmiş Ştatlar Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin iştirakı ilə İranla bağlı onlayn görüşə dair təklifini rədd edib. O, həmçinin vurğulayıb ki, ABŞ Rusiya ilə "daha yaxşı" münasibətlər qurmaq və silahlara nəzarət üzrə razılaşmaları əldə etmək istəyir.

Əlaqədar

Tramp yumşaldı, yoxsa çinlilər daha əzmli çıxdılar?
Bölgəmizdə dəyişiklik gözlənilir? Putin BMT Təhlükəsizlik Şurasının toplanmasını istədi
Putin görüşlərə Trampdan daha yaxşı hazırlaşırmış - Etiraf
Tramp Putinlə şəxsi görüşdə israr edir. Mütləq seçkidən öncə
Teqlər:
Zirvə görüşü, Görüş, BMT Təhlükəsizlik şurası, Rusiya prezidenti Vladimir Putin, Rusiya prezidenti, ABŞ, Rusiya, Vladimir Putin, Donald Tramp

Əsas mövzular