Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Hələ gözlə - Ağ Ev Trampın arzusunu şərh etdi

© REUTERS / Joshua RobertsБелый дом в Вашингтоне
Белый дом в Вашингтоне - Sputnik Azərbaycan
Abunə olmaq
"Biz seçkilərdən əvvəl Vladimir Putinlə zirvə görüşünü planlaşdırmırıq", – O'Brayen Trampın arzusunu şərh edərkən bildirib.

BAKI, 17 avqust — Sputnik. ABŞ Prezidenti Donald Trampın administrasiyası onunla Rusiya Prezidenti Vladimir Putin arasında seçkilərdən əvvəl görüş təşkil etməyi planlaşdırmır.

Sputnik Azərbaycan "NBC News" telekanalına istinadən xəbər verir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik müşaviri Robert O'Brayen bildirib.

Bir qədər əvvəl "NBC" telekanalı xəbər verib ki, Tramp ABŞ-da noyabr seçkilərindən əvvəl Putinlə şəxsən görüşmək istədiyini məsləhətçilərinə etiraf edib.

Bu məlumatları şərh edən O'Brayen bildirib ki, Tramp Rusiya lideri ilə görüş keçirməyi xahiş etməyib.

"Biz seçkilərdən əvvəl Vladimir Putinlə zirvə görüşünü planlaşdırmırıq", – O'Brayen "NBC News" telekanalının efirində bildirib.

Bununla yanaşı milli təhlükəsizlik müşaviri qeyd edib ki, ABŞ mümkün olan kimi Rusiya prezidentini qəbul etməyə məmnun olardı.

"Vladimir Putin həm amerikalıları, həm də rusları müdafiə edən silahlara nəzarət haqqında möhtəşəm razılaşmaları imzalamaq üçün nə vaxtsa buraya gəlsə xoşbəxt olarıq", - O'Brayen bildirib.

O'Brayen əlavə edib ki, Birləşmiş Ştatlar Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin iştirakı ilə İranla bağlı onlayn görüşə dair təklifini rədd edib. O, həmçinin vurğulayıb ki, ABŞ Rusiya ilə "daha yaxşı" münasibətlər qurmaq və silahlara nəzarət üzrə razılaşmaları əldə etmək istəyir.

Xəbər lenti
0