07:38 25 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
10 0 0

İzləyicilərinin daha çox diqqətini cəlb edən məqamlardan biri də rejissorun qazandığı "Qızıl Portağal" mükafatını satması olub.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 17 avqust — Sputnik. Senarist və rejjissor Onur Ünlü, qurduğu "hayatimisatıyorum.com" adlı internet saytında özünə adi əşyalarını satışa çıxarıb. Məşhurun bu addımı sosial mediyada ajartaja səbəb olub. İzləyicilərinin daha çox diqqətini cəlb edən məqamlardan biri də rejissorun qazandığı "Qızıl Portağal" mükafatını satması olub.

Onur Ünlü saytın "haqqında" hissəsində saytın yaranma səbəbini qeyd edib. "Həyatımı satıram nədir?" sualına aktyorun cavabı belə olub: "Həyatımı satıram" – yəni, yaşayışım, ölümüm və ölümümdən sonra da daxil olmaqla həyatıma dair olan bütün maddi və mənəvi dəyəri olan əşyalarımın satışı demədir".

Saytın ana səhifəsində izləyicilərə birbaşa pul ödəyib almaq və ya hərraca çıxarmağı da təklif edib.

Qeyd edək ki, məşhur "Leyla ilə Məcnun", "Günəşin Oğlu", "Beş Şəhər", "Şənbə", "Sən aydınladarsan gecəni", "Mən də darıxdım", "Etirazım var", Beş qardaş" və s. filmlərin rejissoru və senaristi olub. 47 yaşlı aktyor bir çox mükafatların sahibidir.

Əsas mövzular