05:11 28 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
402 0 0

Alov böyük bir ərazini əhatə edib. Hazırda Əmirliyin Mülki Müdafiə Qüvvələrinin yanğınsöndürmə briqadaları yanğının qarşısını almağa çalışır. 

BAKI, 5 avqust – Sputnik. Birləşmiş Ərəm Əmirliyinin şimal-şərqində yerləşən Əcman Əmirliyinin sənaye zonasında – “Xalq bazrı”nda güclü yanğın baş verib.

Sputnik Azərbaycan RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə "Emirati Al-Khaleej" qəzeti məlumat yayıb.

​Bildirilib ki, alov böyük bir ərazini əhatə edib. Hazırda Əmirliyin Mülki Müdafiə Qüvvələrinin yanğınsöndürmə briqadaları yanğının qarşısını almağa çalışır. 

​Qeyd edilib ki, BƏƏ-də 50 dərəcədən yuxarı temperaturla müşayiət olunan yay fəslində şiddətli yanğınlara az rast gəlinmir.

​Xatırladaq ki, dünən Livanın paytaxtı Beyrutun dəniz limanı yaxınlığındakı anbarda güclü partlayış olub. İlkin versiyaya görə, partlayış pirotexnika və ammiak anbarında baş verib. Son məlumatlara görə, partlayış nəticəsində 135 adam ölüb, 4 minə yaxın insan yaralanıb.

Əsas mövzular