02:55 05 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
Dünyanı cənginə almış bəla (526)
9 0 0

İranda ötәn 24 saat әrzindә daha 216 nəfər koronavirusdan ölüb. Bununla da İranda bu virusdan ölәnlәrin sayı 16 982 nәfәrә çatıb.

BAKI, 1 avqust – Sputnik. İranda ötәn sutka әrzindә daha 2 548 nәfәr koronavirusa (COVID-19) yoluxub.

Koronavirus vaksini, arxiv şəkli
© REUTERS / REUTERS / Dado Ruvic / Illustration / File Photo

Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Belәliklә, İranda bu virusa yoluxanların sayı 306 752 nәfәrә yüksәlib. Virus daşıyıcılarından 4 011 nәfәrin vәziyyәti ağırdır.

Sadat Lari әlavә edib ki, İranda ötәn 24 saat әrzindә daha 216 nəfər koronavirusdan ölüb. Bununla da İranda bu virusdan ölәnlәrin sayı 16 982 nәfәrә çatıb.

Nazirlik rәsmisi İranda 265 830 nәfәrin koronavirusdan sağaldığını deyib. Bildirib ki, Tehran, Mazandaran, Gülüstan, Fars, Şәrqi Azәrbaycan, Әrdәbil, İsfahan, Әlborz, İlam, Rәzәvi Xorasanı, Kirman Şimali Xorasan, Simnan, Lorestan vә Hörmüzqan vilayәtlәri qırmızı zona hesab olunur.

İranda indiyәdәk 2,48 milyondan çox diaqnoz testi hәyata keçirilib.

Mövzu:
Dünyanı cənginə almış bəla (526)

Əsas mövzular