Kondisioner, avtomobil, indi də təyyarə...

© AFP 2023 / BORYANA KATSAROVAABŞ F-16 qırıcıları
ABŞ F-16 qırıcıları - Sputnik Azərbaycan
Abunə olmaq
“Mitsubishi” şirkəti Yaponiya Müdafiə Nazirliyi üçün təyyarə istehsalına başlayacaq, qırıcıların layihələndirilməsi və istehsalı üçün tam məsuliyyət daşıyacaq

BAKI, 1 avqust – Sputnik. Yaponiyanın Müdafiə Nazirliyi yeni qırıcı təyyarələrin hazırlanması üçün “Mitsubishi Heavy Industries” şirkəti ilə müqavilə bağlamaq niyyətindədir. Bu təyyarələr köhnəlmiş “F-2”-ləri əvəz edəcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə “Nikkei” portalı yazıb.

Qeyd olunur ki, Yaponiya şirkəti qırıcıların layihələndirilməsi və istehsalı üçün tam məsuliyyət daşıyacaq.

Şirkət, həmçinin Yaponiya və ABŞ istehsalçıları arasında subpodratçı kimi müqavilələr bağlayacaq, ancaq qırıcıların mühərrik və döyüş sistemi kimi əsas elementləri Yaponiya şirkətləri tərəfindən istehsal ediləcək.

Xəbər lenti
0