22:13 21 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
901

Çinin ÜDM-inin 55 faizini təşkil edən istehlak sektoru ikinci rübdə 3.9 faiz azalıb. Bu, böhran fonunda əhalinin ödəmə qabiliyyətinin azalması ilə əlaqədardır

BAKI, 28 iyul — Sputnik. Bu ilin ikinci yarısında Çin hökuməti çətin iqtisadi siyasət seçimi qarşısında qalacaq. Əgər fiskal siyasətini zəiflətsə, dövlət gəlirləri xeyli azalacaq, xərclərin azaldılması isə dəhşətli nəticələrə səbəb olacaq. Sputnik Azərbaycan bildirir ki, bu barədə Project Syndicate yazır.

Nəşrin təxmininə görə, Çin maliyyə tələsinə düşüb: hökumət  xərcləri azaltmalıdır ki, defisitin artmasının qarşısını alsın, amma o zaman iqtisadiyyat 2.5 faizdən də az artacaq. Bu təqdirdə isə planlaşdırılmış iş yerlərinin açılması mümkün olmayacaq, bu isə öz növbəsində Çinin makroiqtisadi dayanıqlığına mənfi təsir göstərəcək.

Bu ilin brinci rübündə ölkənin ÜDM-i illik göstəricidə 6.8 faiz azalıb. İkinci rübdə isə iqtisadiyyat özünü doğrultmağa başladı və 3.2 faiz artdı. Ekspertlərin fikrincə, illik artım 2,5 faiz ola bilər.

Çinin ÜDM-inin 55 faizini təşkil edən istehlak sektoru ikinci rübdə 3.9 faiz azalıb. Bu, böhran fonunda əhalinin ödəmə qabiliyyətinin azalması ilə əlaqədardır. Nəşr bildirir ki, hökumət tələbin stimullaşdırılması üçün əlavə tədbirlər görməlidir.

 

Əsas mövzular