12:43 28 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
710

Mütəxəssislər bildirirlər ki, yoluxmanın qarşısının alınması üçün zallarda bütün səthlər dezinfeksiya edilməlidir.

BAKI, 28 iyul — Sputnik. Amerikada alimlər idman salonlarında insan üçün təhlükəli bakteriya aşkarlayıblar.

Sputnik Azəraycan xarici mətbuata istinadla xəbər verir ki, mütəxəssislər ziyarətçilərin əlləri ilə ən çox təmasda olan səthlərdən analiz götürüblər.

Elmi iş çərçivəsində izolyat maddələr aşkarlanıb. Mütəxəssislər həmin maddələrin antibiotiklərə müqavimətini araşdırıblar. Bundan sonra mikroskop vasitəsilə araşdırma aparılıb. Məlum olub ki, izolyat maddələr 43 faiz antibiotiklərə qarşı dözümlüdür. 

Alimlər qeyd ediblər ki, idman zallarına gələn ziyarətçilər daha çox orqanizmə patogen bakteriyaların düşə biləcəyi dərinin mikroaşınması təhlükəsi ilə üz-üzədirlər.

Mütəxəssislər bildiriblər ki, yoluxmanın qarşısının alınması üçün zallarda bütün səthlər dezinfeksiya edilməlidir.

Əlaqədar

Koronavirusdan ölənlərin sayı daha bir psixoloji həddi keçdi
Spirt və xlor ən effektiv vasitədir
Addım-addım yaxınlaşır! Trampın müşaviri virusa tutuldu
Koronavirusun daha təhlükəli və aqressiv forması yayılmağa başlayıb
Ağciyəri təmizləməyin ən yaxşı 7 üsulu
Teqlər:
idman zalı, idman, Koronavirus, COVID-19

Əsas mövzular