19:32 22 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
243910

Bollivud ulduzu Ayşvarya Ray və onun qızında koronavirus infeksiyası aşkarlanıb. Vəziyyəti ağırlaşan ana və bala, ardınca da Baççan ailəsinini digər üzvləri xəstəxanaya yerləşdirilib 

BAKI, 19 iyul – Sputnik. Bollivud ulduzu Ayşvarya Ray və onun qızı təcili surətdə xəstəxanaya yerləşdirilib. Sputnik Azərbaycan CNN-ə istinadla xəbər verir ki, bu həftə aktrisa və qızında koronavirus infeksiyası aşkarlanıb. Vəziyyətləri pisləşincə, onları xəstəxanaya yerləşdiriblər. 

Hindistan hökumətinin yaydığı məlumata görə, Hindistanın ən məşhur aktrisasını və onun qızını Mumbayda xəstəxanaya aparıblar. Bundan başqa, artistin digər ailə üzvlərində - ərində (Abhişek Baççan) və qaynatasında (Amitabh Baççanın) da virus aşkarlanıb. Onları da Mumbay xəstəxanasına yerləşdiriblər. 

Ayşvariya Ray Hindistanın məşhur kino aktyoru Amitabh Baççanın oğlu Abhişek Baççanla evlidir. Onların Aaradya adlı qızları var. Hollivudda da uğurla filmlərə çəkilən Ayşvarya həm də modeldir. O, 1994-cü ildə "Dünya gözəli" müsabiqəsinin qalibi seçilib.

Son məlumatlara görə, Hindistanda qeydə alınmış COVID-19 hallarının sayı 1 milyon nəfəri ötüb, 650 mindən çox insan sağalıb, 26 mindən çox xəstə isə dünyasını dəyişib.

Əsas mövzular

  • Ərdoğan və Merkel

    Qlobal problemlər milli sərhədlərdən asılı olmayaraq razılaşma və əməkdaşlıq tələb edir. Çox vaxt Təhlükəsizlik Şurası vacib qərarlar verilməli olduqda bloklanır

    6
  • Leonid Kalaşnikov, arxiv şəkli

    Azərbaycanın nümayəndə heyəti sentyabrın 23-də Rusiya Dövlət Dumasında "böyük görüş" keçirəcək. Rusiya və Azərbaycan parlamentariləri COVID-19 pandemiyası şəraitində iqtisadi əməkdaşlıq və qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etmək niyyətindədirlər

    30
  • Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin binası

    Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan vətəndaşlarını ayıq-sayıq olmağa, düşmən təxribatlarına uymamağa, hərbi sirr təşkil edən və ordumuzun döyüş qabiliyyətinə, yerli əhalinin təhlükəsizliyinə zərər vura biləcək məlumatları yaymamağa çağırır

    22