00:39 09 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
1820

Çin hakimiyyəti dəfələrlə Vaşinqtonu dövlətin daxili işlərinə qarışmamağa çağırıb. Bu dəfə isə Pekin Honkonqun işinə xarici müdaxiləyə qarşı çıxmağa hazır olduğunu bildirib.

BAKI, 15 iyul — Sputnik. Çin ABŞ-da "Honkonqun muxtariyyəti haqqında" qanunun qəbul edilməsini pisləyib. Sputnik Azərbaycan Çin Xarici İşlər Nazirliyinin saytındakı bəyanata istinadən xəbər verir ki, Pekin öz qanuni maraqlarını qorumaq üçün lazımi cavab tədbirləri görəcəyini, buna aidiyyəti olan ABŞ vətəndaşlarına və təşkilatlarına qarşı sanksiyalar tətbiq edəcəyini vurğulayıb.

Bir qədər əvvəl Amerika lideri Donald Tramp Pekinin Honkonqla bağlı hərəkətlərinə görə məsuliyyətə cəlb edilməsi haqqında qanunu və prezident fərmanını imzaladığını deyib. Sənəd 1984-cü ilin Britaniya-Çin bəyannaməsinin və bu regionun Çinin xüsusi inzibati rayonu kimi mövqeyini müəyyənləşdirən əsas qanunun pozulması ilə əlaqədar xarici şəxslərə və şirkətlərə qarşı sanksiyaların tətbiq edilməsini nəzərdə tutur.

Çin Xarici İşlər Nazirliyi bəyanatında bildirib ki, Pekin Honkonqun işinə xarici müdaxiləyə qarşı çıxmağa hazırdır, ABŞ-ın milli təhlükəsizlik haqqında qanunun həyata keçirilməsinə mane olmaq cəhdləri isə iflasa məhkumdur.

Honkonqda nə baş verir?

Bir il əvvəl muxtariyyətdə ekstradisiya haqqında qanun layihəsinə qarşı etiraz aksiyaları başlayıb. Yerli sakinlər bu qanunun Honkonqun xüsusi statusuna xələl gətirdiyini düşünürlər. 2019-cu ilin oktyabrında keçirilən nümayişlər fonunda sənəd tam geri qaytarılıb.

İyunun 30-da milli təhlükəsizlik haqqında qanun qüvvəyə minib. Qanun təxribatçı, separatçı, terrorçu fəaliyyətə və əcnəbilərlə sövdələşməyə qadağa qoyulmasını nəzərdə tutur. Mitinqlər davam edib, ABŞ Pekini muxtariyyətə qəsd etməkdə ittiham edir.

Çin hakimiyyəti dəfələrlə Vaşinqtonu dövlətin daxili işlərinə qarışmamağa çağırıb.

Əsas mövzular