08:52 29 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
10 0 0

Sarı qızıl və Amerika brilyantları ilə bəzədilmiş maskanın qiyməti 1995 dollardır. Digər bir maskanın dəyəri isə 5322 dollar təşkil edir.

BAKI, 11 iyul — Sputnik. Hindistanın Surat şəhərində (Qucarat ştatı) zərgərlik mağazası koronavirus pandemiyası fonunda brilyantlarla bəzədilmiş qoruyucu maskalar satır.

Sputnik Azərbaycan yerli ANI agentliyinə istinadən xəbər verir ki, maskaların qiyməti iki-beş min dollar arasında dəyişir.

Mağazanın sahibi Dipak Çoksi agentliyə bildirib ki, maskaları brilyantlarla bəzəmək ideyası karantindən sonra toyu keçiriləcək şəxsin mağazaya gəlməsindən sonra yaranıb. Müştəri gəlin və bəy üçün "unikal" maskalar hazırlamağı xahiş edib.

"Dizaynerlərimizə maskaları hazırlamağı tapşırdıq. Həmin müştəri onları satın aldı. Bundan sonra biz belə maskaların geniş çeşidini istehsal etdik. Sarı qızıl və Amerika brilyantları ilə bəzədilmiş maska var. Onun qiyməti 150 min rupidir (1995 dollar). Digər bir maska ağ qızıl və əsl brilyantlardan hazırlanır. Onun dəyəri 400 min rupi (5322 dollar) təşkil edir", - Dipak Çoksi bildirib.

​Onun sözlərinə görə, bu maskaların əsasını təşkil edən parça qoruyucu məhsulların istehsalı üçün normalara uyğun gəlir. Maskalarda istifadə olunan brilyantlar və qızıl müştərinin istəyinə uyğun olaraq çıxarıla və onlardan digər bəzək əşyaları istehsal edə bilər.

Mağazanın qadın müştərilərindən biri toy üçün adi bəzək əşyaları deyil, məhz brilyantlarla bəzədilmiş maskanı almağa üstünlük verib.

"Mən qərar verdim ki, onu alım, çünki paltarıma uyğun gəlir", - müştəri əlavə edib.

Əsas mövzular