20:27 11 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
Dünyanı cənginə almış bəla (410)
13 0 0

Layihənin təşkilatçıları qeyd edirlər ki, zəmanətli baza gəlirləri nəinki kasıblığa qalib gəlməyə kömək edəcək, həm də koronavirus pandemiyası dövründə aztəminatlı vətəndaşları maliyyə və karyera zərbələrindən qoruyacaq

BAKI, 11 iyul — Sputnik. Twitter sosial şəbəkəsinin yaradıcılarından biri və hazırkı rəhbəri Cek Dorsi pul paylamağın yeni yolunu təklif edib. O, 14 Amerika şəhər rəhbərinin təşkil etdiyi, ümumi baza gəlirləri üzrə “Merlər zəmanətli gəlirləri dəstəkləyirlər” (Mayors for a Guaranteed income, MGI) adlı eksperimental layihəyə üç milyon dollar ianə edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Business insider yazır.

Dorsinin sözlərinə görə, bu ideya varlılar və kasıblar arasında fərqi azaltmaq, sistemli irqçiliyi və gender bərabərsizliyini aradan qaldırmaq, eləcə də ailələr üçün maliyyə təhlükəsizliyi yaratmaq baxımından ABŞ üçün yeni üsullardan biridir.

​Layihənin təşkilatçıları qeyd edirlər ki, zəmanətli baza gəlirləri nəinki kasıblığa qalib gəlməyə kömək edəcək, həm də koronavirus pandemiyası dövründə aztəminatlı vətəndaşları maliyyə və karyera zərbələrindən qoruyacaq.

Proqramın nə vaxt işə düşəcəyi hələ bəlli deyil, çünki təşəbbüskarlar onu federal səviyyəyə çıxarmaq niyyətindədirlər. Hazırda o, yeddi milyon insanı, o cümlədən Los-Anceles, Atlanta və Nyu-Cersi sakinlərini əhatə edir. Ödəməni etmək hüququna kimin sahiblənəcəyi, eləcə də maliyyə yardımının məbləği hələlik açıqlanmır.

Apreldə Dorsi koronavirusla mübarizə aparmaq üçün Start Small xeyriyyə fonduna öz kapitalının təxminən 28 faizini – 1 milyard dollar ianə etmişdi. Hələ o zaman Twitter-in rəhbəri demişdi ki, pandemiyadan sonra fond diqqətini baza gəlirləri və qızların təhsili və səhhəti məsələlərinə yönəldəcək.

İyul ayında Almaniyanın Welthungerhilfe xeyriyyə təşkilatı bildirmişdi ki, yaxın aylarda planetdə ac insanların sayı 1 milyard nəfəri aşacaq. Səbəb kimi isə koronavirus pandemiyasının səbəb olduğu iqtisadi böhranı göstərmişdi. 

 

Mövzu:
Dünyanı cənginə almış bəla (410)

Əlaqədar

Ciddi böhranın ayaq səsləri eşidilir – Amma bu dəfə heç nə bizdən asılı deyil
Koronavirus pandemiyası 1998-ci ildəki vəziyyəti xatırladır – Qref
Pul pul gətirər: Dünyanın ən varlısı daha da varlanıb
Koronavirusa görə Avstraliyanın ikinci ən böyük şəhəri yenidən bağlandı

Əsas mövzular