02:01 12 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
1721

Ali məktəblərin tamamilə onlayn təhsilə keçməsi halında isə ABŞ universitetlərinə qəbul olan yeni tələbələrə viza verilməsi dayandırılacaq.

BAKI, 7 iyul — Sputnik. Payız semestrində bütün dərslər onlayn formatda keçərsə, ABŞ universitetlərində təhsil alan xarici tələbələr ölkəni tərk etməli olacaqlar.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Associated Press" agentliyi ABŞ-ın İmmiqrasiya və Gömrük Polisinə istinadən yazır.

Həmçinin, qaydalara əsasən, ali məktəblərin tamamilə onlayn təhsilə keçməsi halında ABŞ universitetlərinə qəbul olan yeni tələbələrə viza verilməsi dayandırılacaq.

Dərslərin heç olmasa bir hissəsini ənənəvi formatda keçən ali məktəblərin tələbələri bu qaydalarda istisnadır.

ABŞ-da məktəblərin və universitetlərin işi koronavirus pandemiyası fonunda dayandırılıb. Yeni koronavirus infeksiyası hallarının sayına görə ABŞ dünyada birinci yeri tutur. Cons Hopkins Universitetinin məlumatına görə, ölkədə təxminən üç milyon koronavirus xəstəsi qeydə alınıb.

Əlaqədar

ABŞ səfirliyi azərbaycanlılara viza verilişini dayandırdı – Məlum səbəbdən
ABŞ viza verilməsini tam dayandırdı
ABŞ səfirliyindən Çində olan azərbaycanlılara xəbərdarlıq
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edib. Niyə və nə üçün?
Teqlər:
viza, tələbə, ABŞ, onlayn, təhsil

Əsas mövzular