15:02 05 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
Dünyanı cənginə almış bəla (395)
16710

Əyləncə gecələri Tuskaluza şəhərində keçirilir və yoluxmuş insanlar qəsdən ora dəvət edilir ki, sağlam iştirakçılar da yoluxsun.

BAKI, 3 iyul — Sputnik. ABŞ-ın Alabama ştatında bəzi gənclər koronavirusu olan insanların iştirakı ilə COVID-19 əyləncə gecələri təşkil edirlər.

Sputnik Azərbaycan CNN-ə istinadən xəbər verir ki, bu əyləncə gecələrində ilk yoluxan iştirakçıya pul mükafatı verilir.

Əyləncə gecələri Tuskaluza şəhərində keçirilir və yoluxmuş insanlar qəsdən ora dəvət edilir ki, sağlam iştirakçılar da yoluxsun. Bu barədə CNN-ə şəhər şurasının üzvü Sonia MakKinstri bildirib. O, əvvəlcə bu barədə yanğınsöndürənlərdən eşitdiyini deyib.

"Əvvəlcə fikirləşdik ki, bu, sadəcə bir şayiədir. Biz bəzi tədqiqatlar apardıq və təkcə həkimlər deyil, həm də ştat rəsmiləri belə məlumatların olduğunu təsdiqlədilər", - o bildirib.

MakKinstri deyib ki, yanğınsöndürənlərin rəisi Rendi Smit də bu həftə şəhər şurasında çıxışı zamanı şəhər gənclərinin əyləncə gecələri təşkil etdiklərini və koronavirusa yoluxanlara pul verdiklərini deyib.

O bildirib ki, həkim tərəfindən koronavirusa yoluxduğu təsdiqlənən ilk şəxs əyləncə gecəsinin biletlərinin satışından əldə olunan pulları qazanır. Son bir neçə həftə ərzində şəhər və onun ətrafında bir neçə belə əyləncə gecəsi təşkil olunub və yəqin ki, rəsmilər onların bəzisindən heç xəbərdar deyil.

Alabama ştatında təxminən 39000 insan koronavirusa yoluxub və 1000 nəfər ölüb.

Dünən ABŞ-da sutkalıq yoluxma faktlarının sayı rekord qıraraq 55 mini keçib.

Mövzu:
Dünyanı cənginə almış bəla (395)

Əsas mövzular