Türkiyədə dəhşətli hadisə - ən az 41 nəfər yaralanıb

© AFP 2023 / STRАвтомобиль скорой помощи в Турции, фото из архива
Автомобиль скорой помощи в Турции, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə yerinə yanğınsöndürənlər, təcili yardım briqadaları və xilasedicilər cəlb olunublar. Hadisənin səbəbi hələ ki, məlum deyil

BAKI, 3 iyul — Sputnik. Türkiyənin Sakarya əyalətinin Hendek rayonunda fişəng fabrikində baş verən partlayış nəticəsində azı 41 nəfər yaralanıb.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, partlayış səsləri 50 km aralıdakı yaşayış məntəqəsində də eşidilib. Hadisə yerinə yanğınsöndürənlər, təcili yardım briqadaları və xilasedicilər cəlb olunublar.

Hadisənin səbəbi hələ ki, məlum deyil.

Sakarya valisi Çetin Oktay Kaldırım deyib ki, içəridə təxminən 150-200 nəfər var, amma partlayışlar davam etdiyi üçün müdaxilə etmək olmur. İndiyədək 41 yaralı xəstəxanalara aparılıb, ölən yoxdur. 

Xəbər lenti
0