07:48 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
9 0 0

Daha əvvəl İranda ölüm sayına görə anti-rekord aprelin 4-ü qeydə alınıb. Belə ki, həmin vaxt qonşu ölkədə 158 nəfər virusdan ölmüşdü.

BAKI, 29 iyun — Sputnik. İranda koronavirusa yoluxanların sayı bir gün ərzində 2536 nəfər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kiyanuş Cahanpur bildirib.

"Son 24 saat ərzində koronavirusa 2536 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 225205-ya çatıb. Bir gün ərzində 162 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 10670-a çatıb", - deyə məlumatda bildirilib.

O həmçinin qeyd edib ki, virusa yoluxan 225205 şəxsdən 186180 nəfəri sağalıb.

Daha əvvəl İranda ölüm sayına görə anti-rekord aprelin 4-ü qeydə alınıb. Belə ki, həmin vaxt qonşu ölkədə 158 nəfər virusdan ölmüşdü.

Xatırladaq ki, SARS-CoV-2 koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 10 milyonu keçib, 501 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Əsas mövzular