19:37 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
Dünyanı cənginə almış bəla (315)
193 0 0

İkinci dalğanın baş verəcəyi ölkələr Almaniya, Ukrayna, ABŞ, İsveçrə, Banqladeş, Fransa, İsveç, İran, İndoneziya, Səudiyyə Ərəbistanıdır

BAKI, 26 iyun – Sputnik. Böyük Britaniyanın Oksford Universitetinin alimləri COVID-19-un ikinci dalğasının yayılacağı 10 ölkənin adını açıqlayıblar.

Sputnik Azərbaycan “The Guardian” qəzetinə istinadla xəbər verir ki, araşdırma 45 ölkəni əhatə edib.

İkinci dalğanın baş verəcəyi ölkələr Almaniya, Ukrayna, ABŞ, İsveçrə, Banqladeş, Fransa, İsveç, İran, İndoneziya, Səudiyyə Ərəbistanıdır.

Adı qeyd edilən ölkələrdə karantin qaydalarının may ayından yumşaldılmağa başladığı bildirilir.

Türkiyə, Belçika, Kanada, Polşa, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Belarus, İtaliya, İspaniya, Sinqapur və Niderlandda yumşaldılmaya baxmayaraq, yoluxma sayının azaldığı və ya olmadığı qeyd olunur.

Bununla yanaşı, həmin ölkələrdə də yoluxma sayının artımına diqqət edilməsi, onların izlənilməsi və nəzarətdə saxlanılması tövsiyə olunur.

Mövzu:
Dünyanı cənginə almış bəla (315)

Əsas mövzular