Pulunu ver, oyundan çıx! İsraildə kanabis leqallaşdırıldı

© © Kallos/MTI via APЖенщина ухаживает за саженцами каннабиса в Израиле
Женщина ухаживает за саженцами каннабиса в Израиле - Sputnik Azərbaycan
Abunə olmaq
Knesset marixuana istifadəsinin dekriminallaşdırılmasına dair qanun layihələrini birinci oxunuşda təsdiqləyib

BAKI, 25 iyun — Sputnik. İsraildə kanabisin (marixuana) leqallaşdırılması ilə bağlı qanun ilk oxunuşda qəbul edilib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Knesset marixuana istifadəsinin dekriminallaşdırılmasına dair qanun layihələrini birinci oxunuşda təsdiqləyib. Sözügedən qanun layihəsi millər vəkilləri Şaren Askel (Likud) və Ram Şef (Kaxol Lavan) tərəfindən təqdim edilib.

Qanun layihəsi ictimai olmayan yerlərdə kanabis istifadə edən şəxslər haqqında cinayət işi açılması haqqında əmrin ləğvini nəzərə tutur. Qanun layihəsinə 61 millət vəkili səs verib.

İkinci layihə isə 21 yaşından yuxarı şəxslərin kanabis istifadə etməsinin leqallaşdırılması ilə bağlıdır. Qanun layihəsinə 53 millət vəkili səs verib.

Xəbər lenti
0