04:44 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
44 0 0

Qapalı məkanlarda məcburi maska taxılması qaydası ötən gün koronavirus hallarının artması ilə bağlı qüvvəyə minib.

 

BAKI, 24 iyun — Sputnik. Bolqarıstanın Baş Naziri Boyko Borisov kilsəyə maskasız daxil olduğu üçün cərimələnəcək. Bu barədə Spuntik Azərbaycan "Euronews"-a istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən Baş nazir, onun hökumətinin əməkdaşları və bir neçə jurnalist 150 avro məbləğində cərimələnəcək.

Bolqarıstanın Baş naziri Boyko Borisov, arxiv şəkli
© Julien Warnand, Pool Photo via AP
Премьер-министр Болгарии Бойко Борисов, фото из архива

Qeyd edək ki, qapalı məkanlarda məcburi maska taxılması qaydası ötən gün koronavirus hallarının artması ilə bağlı qüvvəyə minib.

Nəşr yazır ki, 61 yaşlı Baş nazir Bolqarıstanda pandemiya başlayandan bəri maska taxmaqdan imtina edir.

Ən son məlumatlara görə, Bolqarıstanda 3 984 nəfər koronavirusa yoluxub, onlardan da 207-i ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 9,2 milyonu keçib, 474 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Əsas mövzular