21:29 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
22 0 0

"Əgər bu baş verərsə, iqtisadiyyat hələ uzun müddət öz əvvəlki səviyyəsinə qalxmayacaq" - Cefri Saks

BAKI, 23 iyun — Sputnik. Birləşmiş Ştatlar və Çin arasında ticarət müharibəsi dünya iqtisadiyyatına koronavirus pandemiyasından daha ciddi təhdid olacaq. Sputnik Azərbaycan "BBC"yə istinadən xəbər verir ki, bunu məşhur amerikalı iqtisadçı Cefri Saks bildirib.

Onun fikrincə, dünya qlobal böhran yaşayır, dünyanın iki supergücü arasında münasibətlərin pozulması olduqca təhlükəlidir və vəziyyəti daha da ağırlaşdıracaq: "Birləşmiş Ştatlar əməkdaşlıq üçün deyil, ayırma üçün bir qüvvədir".

Saks vurğulayıb ki, ABŞ rəhbərliyi Çinlə yeni soyuq müharibə başlatmaq istəyir: "Əgər bu baş versə, iqtisadiyyat hələ uzun müddət öz əvvəlki səviyyəsinə qalxmayacaq".

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 9 milyonu keçib, 464 mindən çox adam isə virus səbəbilə ölüb.

Əlaqədar

Uyğur məsələsində Trampın fikrini nə dəyişdi? Boltonun kitabı ABŞ-ı silkələyir
Birləşmiş Ştatlar əsas rəqiblərini müəyyən etdilər - RƏSMİ
Supergüclərin “yaşıl” energetika oyunu: nefti satan uduzur, alansa qazanır
Yapon siyasətçidən "öncəgörmə": Koronavirusdan sonra dünya nizamını...
Tramp koronavirusa yeni ad verdi və Çinin xətrinə dəydi

Əsas mövzular