13:42 12 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
5511

Sputnik.Rəy layihəsinin sorğusu göstərib ki, amerikalıların 42 faizi ABŞ-da mayın 8-i Avropada Qələbə Günü (V-E Day) qeyd olunduğunu bilmir.

BAKI, 22 iyun — Sputnik. Hər onuncu amerikalı (11 faiz) düşünür ki, İkinci Dünya müharibəsində ABŞ-ın rəqibi Rusiya olub.

Bu mövzuda sorğu mayın 22-25-də ABŞ-da Sputnik.Rəy layihəsi çərçivəsində keçirilib. Sorğunu Sputnik İnformasiya Agentliyi və Radiosu üçün ictimai rəyin öyrənilməsi ilə məşğul olan ən qədim fransız şirkəti "İFop" təşkil edib.

Sorğuda yaşı 18-dən yuxarı olan 1004 respondent iştirak edib və onlar cins, yaş, coğrafiya kateqoriyalarına bölünüb. Ümumilikdə ölkə üzrə sorğunun maksimal xəta dərəcəsi 3,1 faiz, etibar ehtimalı isə 95 faiz təşkil edir.

Sorğunun nəticələrinə görə, 1941-45-ci illərdə ABŞ-ın əsl düşmənləri – Almaniya və Yaponiyanın adını respondentlərin müvafiq olaraq 77 və 67 faizi qeyd edib. 5 faiz respondent isə hesab edir ki, Amerika Çinlə vuruşub.

Rəyi soruşulanların digər 69 faizi isə mayın 8-də ABŞ-da Avropada Qələbə Günü (V-E Day) qeyd olunduğunu ya bilməyib (42 faiz), ya da suala düzgün cavab verməyib (27 faiz).

Maraqlıdır ki, 63 faiz respondent Holokostu İkinci Dünya müharibəsi zamanı yəhudilərin soyqırımı kimi doğru qeyd edə bilib, 12 faiz isə bu sözün mənasından xəbərsizdir.

Sputnik.Rəy layihəsi haqqında

İctimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarında start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri "Populus", "IFOP" və "Forsa" çıxış edir. Sputnik.Rəy layihəsi çərçivəsində mütəmadi olaraq Avropa və ABŞ-da ən aktual sosial və siyasi məsələlər üzrə sorğular keçirilir.

Sputnik Azərbaycan 2015-ci ilin may ayında ölkəmizdə fəaliyyətə başlayıb. Agentlik Azərbaycan və rus dillərində informasiya portalı, radioresurs və yüksək texnologiyalı multimedia mərkəzinə malikdir.

Sputnik Azərbaycan onlarla ölkədə informasiya və multimedia bölmələri ilə fəaliyyət göstərən xəbər agentliyi və radionun tərkib hissəsidir.

Dünyanın 90-dan çox şəhərində və internetdə rus, ingilis, fransız və digər dillərdə analoq və rəqəmsal radioyayımı, eləcə də 33 dildə ölkə və regional multimediya internet saytlarını özündə birləşdirən Sputnik ən böyük beynəlxalq KİV-lərdən biridir. Sputnik-in xəbər lenti bütün dünya üzrə aparıcı nəşrləri sutka boyu ingilis, ərəb, ispan, çin və fars dillərində informasiya ilə təmin edir. Sputnik-in informasiya resurslarının auditoriyası ayda 60 milyon ziyarətçidən ibarətdir. Sputnik Çin nəşrinin isə "Weibo" mikrobloginq saytındakı hesabının abunəçilərinin sayı 10,5 milyonu aşır. Pekindən Montevideoya qədər bütün dünya üzrə 22 redaksiya mərkəzində onlarla millətin minlərlə nümayəndəsi çalışır. Sputnik "Rossiya Seqodnya" mediaqrupuna daxildir və baş ofisi Moskvada yerləşir.

Əsas mövzular