21:23 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
1201

Con Bolton 2019-cu ilin sentyabrında tutduğu vəzifədən azad edilib. Həmin vaxt Tramp qeyd etmişdi ki, özü və komandasının bir çox üzvü siyasətçinin əksər təklifləri ilə razı deyillər

BAKI, 20 iyun — Sputnik. ABŞ hökuməti Prezident Donald Trampın milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Boltonun qalmaqallı kitabının satışından gəlir əldə edə bilməməsi üçün çalışır. Bu barədə Ağ Evin mətbuat katibi Keyli Makineni deyib.

“Bu ona görə edilir ki, o, özünün pul və diqqət hərisliyini milli təhlükəsizliyi qorumaq vəzifəsindən üstün tutduğuna görə gəlir əldə etməsin”, - Makineni deyib. Xanım  Makineninin sözlərinə görə, məhkəmə kitabı yalnız ona görə çap etməyə icazə verib ki, onun nüsxələri artıq yayılıb.

Mətbuat katibi məhkəmənin Boltonun ABŞ-ın milli təhlükəsizliyini “zərbə altında qoyduğunu” təsdiq etməsinə də diqqət çəkib.

Bundan öncə ABŞ-ın Kolumbiya dairəsinin hakimi Roys Lambert qərar verib ki, Boltonun Ağ Evin hiddətinə səbəb olan kitabı nəşr edilə bilər. Ancaq eyni zamanda federal hakim qeyd edib ki, Bolton sonradan inzibati və hətta mümkündür ki, cinayət məsuliyyəti də daşıya bilər, çünki ABŞ-ın milli təhlükəsizliyini zərbə altında qoyub.

Boltonun xatirələrində Trampın Şimali Koreya lideri Kim Çen Inla danışıqlarının detalları, Ağ Evin Ukrayna ilə bağlı siyasəti və guya ABŞ liderinin ÇXR sədri Si Cinpindən təkrar prezident seçilməsi üçün yardım istəməsi açıqlanır. Con Bolton 2019-cu ilin sentyabrında tutduğu vəzifədən azad edilib. Həmin vaxt Tramp qeyd etmişdi ki, özü və komandasının bir çox üzvü siyasətçinin əksər təklifləri ilə razı deyillər.

 

Əlaqədar

Tramp Ukraynanın onu "məhv etmək" istədiyini deyib – Bolton sirləri açdı
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edib. Niyə və nə üçün?
Bolton gedib, amma onun işi hələ də yaşayır: Trampı İranla müharibəyə hazırlayırlar
Uyğur məsələsində Trampın fikrini nə dəyişdi? Boltonun kitabı ABŞ-ı silkələyir
Tramp və Kim Çen Inın danışıqlarının üstü açıldı

Əsas mövzular