13:55 12 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
Dünyanı cənginə almış bəla (330)
15 0 0

Ermənistanda son gündə daha 10 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 319-a çatıb. Xəstəlikdən sağalanların sayı 8266 olub. Hazırda bu ölkədə olan 10462 nəfər xəstəxanada müalicə alır.

BAKI, 19 iyun — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 19157-yə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 459 nəfər artıb.

Ermənistanda son gündə daha 10 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 319-a çatıb. Xəstəlikdən sağalanların sayı 8266 olub. Hazırda bu ölkədə olan 10462 nəfər xəstəxanada müalicə alır.

Gürcüstanda isə daha 2 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 895-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 8,4 milyonu keçib, 453 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mövzu:
Dünyanı cənginə almış bəla (330)

Əsas mövzular