01:52 12 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
Dünyanı cənginə almış bəla (410)
5110

ABŞ-da ən uzun müddət xəstəxanada qalaraq COVID-19-a qalib gəldiyinə görə Florun “möcüzə oğlan” ləqəbinə bu çekdən sonra bir də “milyonluq uşaq” ayaması qoşublar

BAKI, 14 iyun — Sputnik. ABŞ-da koronavirusa yoluxmuş 70 yaşlı Maykl Florun sağ qalacağına heç kim ümid etmirdi. “Xəstəxanada ən uzun müddət qalan xəstə” adlandırılan Flor sağalıb evə yazılandan sonra az qala infarkt durumuna düşüb.

Sputnik Azərbaycan bildirir ki, Siettl şəhərində martın 4-də xəstəxanaya aparılan Flor xəstəxanada 62 gün qalıb. Mayın 5-də evə yazılan Flor “Seattle Times” qəzetinə deyib ki, müalicə xərclərinə görə ona 1 milyon 122 min 501 dollar 4 sentlik qəbz göndəriblər.

181 səhifəlik kitab qalınlığında 1,1 milyonluq çekdə reanimasiya üçün bir günlük xərcin 9736 olduğu, həmin otağın 42 gün müddətində steril halda saxlanması üçün 409 min, 29 gün boyunca nəfəs aparatına qoşulmaq üçün 82 min dollar, xəstənin həyati təhlükədə olduğu iki gün üçün ayrıca 100 min dollar gərək olduğu göstərilib. 

​ABŞ-da ən uzun müddət xəstəxanada qalaraq COVID-19-a qalib gəldiyinə görə Florun “möcüzə oğlan” ləqəbinə bu çekdən sonra bir də “milyonluq uşaq” ayaması qoşublar. 

​Swedish Medical Center-də müalicə aldığı vaxt uzun müddət komada qalan, ürəyi dayanan, iki gün ərzində ciyərləri və böyrəyi iflas edən Flora bir tibb bacısı telefon verərək xanımı və uşaqları ilə vidalaşmaq üçün imkan yaradıb.

Ölümdən dönən kişi xanımına: “Məni buradan çıxarmalısan, bu xərcin altından çıxa bilmərik”, - deyib. Onu xəstəxanadan evə yazarkən təntənəli mərasim təşkil etdikləri zaman isə: “Həyatda qaldığım üçün özümü günahkar hiss edirəm. Niyə mən qurtuldum?” – deyə düşündüyünü söyləyib.

Qəzetə müsahibə verərkən: “Evimdə dincəlirəm, amma xəstəxananın qəbzini görəndə ürəyim, az qala, ikinci dəfə dayanacaqdı”, - deyib. Əslində Flor bu çekin böyük bir qismini ödəməyə bilər. Çünki tibbi sığortası var. Üstəlik, COVID-19-a yoluxduğundan heç bir sent də ödəməyə bilər. Ancaq ona yazılan qəbz heyrətləndirməyə bilmir.

 

Mövzu:
Dünyanı cənginə almış bəla (410)

Əlaqədar

Koronavirus “yarışı”: 12 min adamla dördüncü yerə çıxdılar
Pekin yenidən sarsıdıcı xəbərlə silkələnir – Koronavirus paytaxta qayıtdı
Bioloq koronavirusun gizli əlamətlərindən danışdı – Təhlükə var
Ağciyərlər koronavirusdan sonra necə bərpa olunur?
Koronavirusun “at oynatdığı” ölkə sərhədlərini açır

Əsas mövzular