15:29 28 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
3001

Qeyd edək ki, öncə afroamerikalı Corc Floydun polis tərəfindən saxlanmasından sonra ölməsinə görə etirazlar insidentin baş verdiyi Minneapolis şəhərində başlayıb.

BAKI, 8 iyun — Sputnik. ABŞ-ın Sietl şəhərində bir şəxs avtomobili etirazçıların üstünə sürüb. Sputnik Azərbaycan "Seattle Times"a istinadən xəbər verir ki, naməlum şəxs daha sonra maşından çıxaraq nümayişçilərə atəş açıb.

Məlumata əsasən, insident nəticəsində bir nəfər ölüb.

​Şəhər polis departamentindən bildirilib ki, şübhəli şəxs saxlanılıb, yaralı şəxs isə xəstəxanaya yerləşdirilib. İnsidentin digər təfərrüatları isə araşdırılır.

Qeyd edək ki, öncə afroamerikalı Corc Floydun polis tərəfindən saxlanmasından sonra ölməsinə görə etirazlar insidentin baş verdiyi Minneapolis şəhərində başlayıb.

Qısa müddət ərzində iğtişaşlar bütün ABŞ-ı bürüyüb, daha sonra isə ölkənin sərhədləri xaricinə də çıxıb. Yüzlərlə insan əllərində "Mən nəfəs ala bilmirəm" və "Ədalət yoxdursa, dünya da yoxdur" plakatlarıyla Niderland, İspaniya, Argentina, Böyük Britaniya və Almaniya küçələrinə axışıb. Yunanıstanda etiraz edənlər Amerika konsulluğu önündə ABŞ bayrağını yandırıblar. Kanada və Fransada etirazlar isə qiyamlarla nəticələnib, polislər etiraz edənləri yatırmaq üçün bibər qazından istifadə etməli olublar.

Əlaqədar

Bütün ölkədə çaxnaşmaya səbəb olmuş şəxs məhkəmə qarşısına çıxacaq
İrqçilər yaddan çıxdı. Amerikadakı etirazlar necə soyğunlara çevrildi
Yaşlı kişini ölümcül hala salan polislərə həmkarlarından dəstək - VİDEO
Amerika tənəzzülünün xronikası: uşaqlara polisə nifrət etmək öyrədilir
Benksi də etirazını bildirdi: “Kimsə qapını sındırmalı olacaq”

Əsas mövzular