12:39 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
25 0 0

Eyni zamanda bu ölkədə karantin yumşaldılmasının son mərhələsində ənənəvi öküz şoularını bərpa etmək də nəzərdə tutulur, amma regionların çoxunda axırdan əvvəlki yumşalma mərhələsinə hələ təzə başlanıb

BAKI, 7 iyun — Sputnik. İspaniyanın bir sıra bölgələrində karantinin yumşaldılması çərçivəsində gecə klubu və barları da yenidən açacaqlar. Amma orada rəqs etməyə icazə verilməyəcək.

Sputnik Azərbaycan xarici KİV-ə istinadən bildirir ki, bu barədə iyunun 6-da rəsmi hökumət xəbər portalında məlumat verilib.

Qeyd olunur ki, iyunun 8-dən ölkənin böyük bir hissəsində koronavirus pandemiyası səbəbindən tətbiq edilmiş karantinin son yumşalma mərhələsi başlayacaq. Bu münasibətlə İspaniya hökuməti yeni infeksiya ocaqları yaranmasın deyə məhdudiyyətlərin necə aradan qaldırılacağı barədə açıqlama verməyi özünə borc bilib.

Yeni  qaydalara görə, diskoteka və gecə klubları açıla bilər, amma onların sahibləri qonaqların sayını xeyli məhdudlaşdırmalı olacaqlar. “Əgər müəssisədə rəqs meydançası varsa, ondan masaların düzülməsi üçün istifadə etmək olar. Yəni bu sahə məhz təyinatı üzrə istifadə oluna bilməz”, - sənəddə deyilir.

Eyni zamanda bu ölkədə karantin yumşaldılmasının son mərhələsində ənənəvi öküz şoularını bərpa etmək də nəzərdə tutulur, amma regionların çoxunda axırdan əvvəlki yumşalma mərhələsinə hələ təzə başlanıb.

İyunun 5-də Madrid və Barselonada bar və restoranlarda tək verandada deyil, həmçinin bu müəssisələrin daxilində də yemək yeməyə icazə verildi. Üstəlik, uşaqlar da artıq günün istənilən vaxtı evdən çıxa bilərlər.

Son məlumatlara görə, İspaniyada 241 mindən çox insan SARS-CoV-2 virusuna yoluxuvb. Bu virusun səbəb olduğu COVID-19 xəstəliyi isə 27 min insanın həyatına son qoyub. 150 min ispaniyalı bu mərəzdən sağala bilib.

Əlaqədar

Koronavirusla bağlı qərar, 10 gün davam edəcək
Turistləri çimərliklərdə koronavirusa yoluxmaqdan müdafiə etməyin yolu tapılıb
Dünyanın ən məşhur çempionatlarından biri başlayır
İspaniyada ikinci koronavirus epidemiyası qaçılmazdır – ekspert

Əsas mövzular