17:51 05 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
2610

Amerikalı pediatr Marqaret Flauers: "ABŞ səhiyyəsində bir neçə korporasiya öz aralarında "bu vəziyyətdən necə daha çox mənfəət əldə etmək olar" yarışı keçirir".

BAKI, 16 may — Sputnik. Koronavirusun yayılması ilə bağlı vəziyyət ABŞ-ın səhiyyə sistemindəki üç böyük problemi meydana çıxarıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə RT-yə 17 illik təcrübəsi olan amerikalı pediatr Marqaret Flauers bildirib.

"Birincisi, ABŞ-da ümumi səhiyyə sistemi yoxdur və on milyonlarla insan tibbi sığorta olmadan yaşayır. İkincisi, məlum oldu ki, bizim mərkəzləşdirilmiş səhiyyə sistemimiz yoxdur. Üçüncüsü, bizim səhiyyə sistemi insanlara yardım etməkdən çox, onlardan qazanc əldə etmək məqsədi güdür", - deyə həkim qeyd edib.

"Sağlam düşüncəyə əsaslansaq, dərhal testləşdirmə təşkil edilməli və tibbi personal bütün zəruri vasitələrlə təmin edilməlidir. Bunun əvəzinə bir neçə korporasiya öz aralarında "bu vəziyyətdən necə daha çox mənfəət əldə etmək olar" yarışı keçirir", - deyə Flauers əlavə edib.

Son məlumatlara görə, ABŞ-da COVİD-19 koronavirus infeksiyası aşkar edilən xəstələrin sayı 1,4 milyon nəfəri ötüb, 85 mindən çox insan dünyasını dəyişib.

Əsas mövzular