ABŞ Konqresinə təqdim olunan hesabatda ilginc "F-35" detalı...

© AFP 2023 / FABRICE COFFRINIИстребитель F-35, фото из архива
Истребитель F-35, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Koronavirus pandemiyasının yayılması ilə bağlı proqramın reallaşdırılmasında 9 aylıq gecikmə yaranıb

BAKI, 13 may — Sputnik. Türkiyənin "F-35" proqramından çıxarılması proqramın onsuz da gecikən istehsal və təhvil müddətini daha da uzadacaq. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu Birləşmiş Ştatlar Senatının Hesablama Palatasının (The Government Accountability Office - GAO) "F-35"-in tədarükünə dair hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, qırıcıların testdən keçirilməsi və hissələrinin istehsalı prosesi COVID-19 virusu ilə bağlı qrafikdən önəmli dərəcədə geri qalır.

Hesabatda vurğulanır ki, 2019-cu ildə planlanan testlərin böyük bir qismi həyata keçirilib, lakin koronavirus pandemiyasının yayılması ilə bağlı proqramın reallaşdırılmasında 9 aylıq gecikmə yaranıb.

Baş verən gecikmənin qırıcıların tam olaraq istehsalını gələn ilin martına qədər təxirə salacağı vurğulanır.

Hesabatda, həmçinin qeyd olunur ki, Türkiyənin proqramdan çıxarılması mövcud riskləri daha da artıracaq: "Türkiyənin 2019-cu ilin iyununda Rusiyadan müdafiə sistemləri almasından sonra proqramdan çıxarılması "F-35"-lərin istehsal risklərini daha da artıracaq. Proqram türk tədarükçüləri tərəfindən istehsal edilən 1005 hissə üçün yeni istehsal yerləri müəyyənləşdirib. Lakin hazırda qırıcıların 15 hissəsi istənilən səviyyədə istehsal olunmur".

 

Xəbər lenti
0