08:35 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
12 0 0

İndiyə qədər dünyanın ən bahalı döşəyi eyni şirkət tərəfindən hazırlanan "Vividus Classic" modeli hesab edilirdi. Onun qiyməti 190000 dollar idi

BAKI, 6 may — Sputnik. Kanadalı məşhur repçi Dreyk özünə inanılmaz qiymətə döşək alıb.

Sputnik Azərbaycan xəbər verir ki, repçi İsveçin ən bahalı döşək şirkəti "Hanstens"in istehsalı olan "Grand Vividus" modeli üçün 390 min dollar (təxminən 663 min manat) pul ödəyib. 600 saat əl işi sərf olunan yarım tonluq qara rəngli döşək at tükündən və yumşaq dəridən hazırlanıb. Sözügedən model əvvəlcədən sifarişlə il ərzində 12 ədəd istehsal olunur. İndiyə qədər isə dünyanın ən bahalı döşəyi eyni şirkət tərəfindən hazırlanan "Vividus Classic" modeli hesab edilirdi. Onun qiyməti 190000 dollar idi (təxminən 323 min manat).

Qeyd edək ki, Dreykin 150 milyon dollar sərvəti var. O, dünyanın 5 ən zəngin repçilərindən biridir.

Əsas mövzular