Daha 163 nəfər – Qonşu ölkədə nələr baş verir?

© REUTERS / CHRISTIAN HARTMANNПациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива
Пациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanda bu virusdan ölənlərin sayında da artım var. Belə ki, ümumilikdə bu virusdan ölənlərin sayı 40-dır. Xəstəlikdən sağalanların sayı 1600-ə çatıb

BAKI, 6 may — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 2782-yə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 163 nəfər artıb.

Ermənistanda bu virusdan ölənlərin sayında da artım var. Belə ki, ümumilikdə bu virusdan ölənlərin sayı 40-dır. Xəstəlikdən sağalanların sayı 1600-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,6 milyonu keçib, 257 mindən çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0