20:03 16 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
2310

"ABŞ Türkiyəyə ehtimal olunan sanksiyaları tətbiq etsə, o zaman İncirlik də, Kürəcik də bağlanar. Hər şey ola bilər" - Mövlud Çavuşoğlu

BAKI, 1 may — Sputnik. Türk tərəfdaşlarımızla birgə işləyirik. NATO, Türk tərəfdaşlarımız hər gün İncirlik bazasında birgə işləyirlər. Sputnik Türkiyə xəbər verir ki, bunu Birləşmiş Ştatların Türkiyədəki səfiri David Satterfield Atlantik Şurasının təşkil etdiyi videkonfransda bildirib.

"Türk tərəfdaşlarımızla birgə işləyirik. Birləşmiş Ştatlarla olan ikitərəfli əlaqələr və NATO baxımından bu bazanın işləməsi prinsipində hər hansı bir dəyişiklik yoxdur", - deyə ABŞ səfiri qeyd edib.

Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə İncirlik hərbi bazasını ABŞ-ın üzünə bağlaya bilər.

O qeyd edib ki, əgər rəsmi Vaşinqton Ankaraya qarşı sanksiyalar tətbiq etsə, Türkiyə bu hərbi bazanı Birləşmiş Ştatlara bağlayacaq.

"İncirlik bazasının (ABŞ üçün) bağlanması haqqında qərar bizə aiddir. Əgər bunu etmək lazım olsa, onda biz İncirliyi və Kürəciyi bağlayacağıq", - deyə Türkiyə lideri vurğulayıb.

"Hər iki tərəf üçün çox əhəmiyyətlidir ki, ABŞ bizim münasibətlərimizi düzəltməyə mümkün olmayacaq təşəbbüslər etməsin. Əlbəttə, Türkiyə ABŞ-ın istənilən sanksiyalarına cavab verəcək. Biz qərar verəcəyik. Əgər lazım olsa, onda İncirliyi və Kürəciyi bağlayacağıq", - deyə "A Haber" telekanalının efirində Ərdoğan bildirib.

Qeyd edək ki, Kürəcik bazasında Avropanın raket əleyhinə müdafiə sisteminin elementləri yerləşdirilib.

Daha əvvəl Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu da bildirib ki, ABŞ Türkiyəyə ehtimal olunan sanksiyaları tətbiq edərsə, İncirlikdəki, Kürəcikdəki hərbi bazalar bağlana bilər.

"ABŞ Türkiyəyə ehtimal olunan sanksiyaları tətbiq etsə, o zaman İncirlik də, Kürəcik də bağlanar. Hər şey ola bilər. Hipotezlər üzərində danışmaq istəməzdim. Bizim üçün bu məsələdə Konqresin qəbul edəcəyi qərar deyil, hakimiyyətin addımı əhəmiyyətlidir. Ən pis ssenariləri dəyərləndirib qərar verəcəyik. "F-35" və "S-400" arasında hüquqi və siyasi bir bağlılıq yoxdur. ABŞ təkliflərimizə "xeyr" deyir. ABŞ məsələyə müsbət yanaşarsa, biz də eyni qarşılığı verərik. "S-400" hücum deyil, müdafiə sistemidir. "F-35" almasaq, alternativlərə baxacağıq. Bu, Rusiya bazarı, başqa bazarlar da ola bilər", - o deyib.

 

Əlaqədar

ABŞ Rusiyanı türk hərbçilərin həlak olmasında ittiham edib – dünyanın vecinə deyil
Qırıcıların erası başa çatıb – Müharibələr necə aparılacaq?
Danışıqlar bəs etmir: Ərdoğan ABŞ-dan "Patriot" komplekslərini istəyir
Rusiya qırıcısı Suriya səmasında ABŞ təyyarəsinin qarşısını kəsib: günahkar kimdir?

Əsas mövzular