Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Pandemiyanın gözlənilməz effekti üzə çıxdı

© Sputnik / Alexandr Kryazhev / Mediabanka keçidЛекарственные препараты и градусник для измерения температуры
Лекарственные препараты и градусник для измерения температуры - Sputnik Azərbaycan
Abunə olmaq
Mövsümi qriplə mübarizədə təhsil müəssisələrinin bağlanması da müsbət nəticə verib: məhz şagirdlər zəif immunitet və müntəzəm kontakt sayəsində mövsümi infeksiyalar zamanı ən böyük risk qrupuna daxildirlər

BAKI, 29 aprel — Sputnik. COVID-19 pandemiyası karantin və digər profilaktika tədbirləri səbəbindən mövsümi qrip epidemiyalarını zəiflədə bilər.

Sputnik Azərbaycan bildirir ki, belə qənaətə Britaniyanın Mərkəzi Lankaşir Universitetinin alimləri gəliblər. Onların tədqiqatının nəticəsini The Conversation nəşri dərc edib.

Mütəxəssislər araşdırma zamanı müəyyən ediblər ki, hökumətlərin pandemiya ilə mübarizədə təklif etdiyi tədbirlər əhalidə faydalı vərdişlərin yaranmasına vəsilə olub. Məsələn, COVID-19 yayılmamışdan öncə Britaniyada kişilərin 32, qadınların isə 64%-i ictimai ayaqyoluya girdikdən sonra əlini yuyurdusa, indi sakinlərin 83%-i bunu müntəzəm olaraq edir.

Mövsümi qriplə mübarizədə təhsil müəssisələrinin bağlanması da müsbət nəticə verib: məhz şagirdlər zəif immunitet və müntəzəm kontakt sayəsində mövsümi infeksiyalar zamanı ən böyük risk qrupuna daxildirlər.

Məqalədə qeyd olunur ki,  sosial məsafə saxlanması da xəstəliklərin yayılmasının qarşısını müəyyən qədər ala bilib.

Buna rəğmən, alimlər qripə yoluxmanın neçə faiz azalacağı barədə dürüst rəqəmlər açıqlaya bilmirlər, çünki başqa xəstəliklərdə də oxşar simptomlar müşahidə olunur və dəqiq hesab aparmaq hələlik çətindir. Amma məsələn, Yaponiyada fevralın ikinci həftəsində bəyan elədilər ki, qripə yoluxanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 60% azalıb. Ekspertlər qeyd edirlər ki, Avropada da analoji tendensiya müşahidə olunur.

Xəbər lenti
0