23:58 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
31 0 0

American Airlines aviaşirkətinə məxsus təyyarə ilə Mayamidən Nyu-Yorka uçan sərnişin pandemiya zamanı turistlərlə dolu laynerdə gördüklərindən dəhşətə gəlib: nə temperaturu ölçürlər, nə də maska, əlcək taxırlar.

BAKI, 25 aprel – Sputnik. American Airlines aviaşirkətinə məxsus təyyarə ilə Mayamidən Nyu-Yorka uçan Manhetten sakini koronavirus pandemiyasının yayıldığı bir vaxtda təyyarənin turistlərlə dolu olmasından dəhşətə gəlib.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, sərnişinin bu barədə fikirlərini və çəkdiyi şəkli News.com.au nəşri yayıb.

42 yaşlı Enci Vonq (Angie Wong) avialaynerin hər bir oturacağının yaxın-yaxına oturan sərnişinlər tərəfindən tutulduğu salonunun şəklini çəkib. Amerikalı qadının sözlərinə görə, yol yoldaşlarının əksəriyyəti respirator maskalar və qoruyucu əlcəklər taxmayıb.

Bundan əlavə, o, Mayami hava limanının işçilərinin sərnişinlər arasında sosial məsafə saxlama qaydalarına əməl olunmasına diqqət yetirdiklərini, lakin təyyarənin göyərtəsində heç kəsin bununla bağlı narahat olmadığını bildirib. "Stüardessa dedi ki, onlar heç nə edə bilmirlər və mənə yalnız başqa reysdə qeydiyyatdan keçməyi təklif etdi. Hətta pilot utancverici şəraitə görə turistlərdən üzr istədi” - deyə Vonq bildirib.

Sərnişin həmçinin American Airlines-in işçilərinin səyyahların temperaturunu yoxlamamasından da şikayət edib. "Biz hamımız yeni sosial normalara uyğunlaşmağı öyrənirik, amma şirkətlər hələ də köhnə paradiqma əsasında işləyirlər, baxmayaraq ki, ictimai təhlükəsizlik haqqında düşünməlidirlər. Sərnişindaşıma xidmətləri maskaların taxılmasının və sosial məsafəsinin saxlanmasının məcburiliyini nəzərdə tutan müvəqqəti qaydaları tətbiq etməlidirlər”, - deyə Vonq əlavə edib.

Bundan bir qədər əvvəl isə, başqa bir sərnişin, koronavirus pandemiyası dövründə Taunsvilldən Brisbenə (Avstraliya) uçan təyyarənin turistlərlə dolu şəklini çəkərək paylaşmışdı. Bu fotoda Qantas şirkətinə məxsus avialaynerin salonundakı bütün oturacaqların üzündə respirator maskalar olmayan və bir-birinə yaxın oturmuş sərnişinlərlə dolu olduğu əksini tapmışdı.

Əsas mövzular