İranda koronavirusa yoluxanların sayı 85 minə çatır

© AFP 2023 / ATTA KENAREСитуация в связи с эпидемиологической обстановкой в Иране
Ситуация в связи с эпидемиологической обстановкой в Иране - Sputnik Azərbaycan
Abunə olmaq
İndiyədək İranda COVID-19 virusuna yoluxanların sayı 84 802-ə çatıb və virusa yoluxmuş 60 965 nəfər sağalıb

BAKI, 21 aprel — Sputnik. "Son bir gün ərzində İranda koronavirusdan 88 nəfər vəfat edib, bununla da ölkədə indiyədək bu virusdan ölənlərin sayı 5 297-ə yüksəlib".

Ситуация в связи с эпидемиологической обстановкой в Грузии  - Sputnik Azərbaycan
Gürcüstanda koronavirus: sutkada 6 nəfər

Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur deyib.

O bildirib ki, son sutka ərzində İranda 1 297 yeni yoluxma faktı qeydə alınıb: "İndiyədək İranda COVID-19 virusuna yoluxanların sayı 84 802-ə çatıb və virusa yoluxmuş 60 965 nəfər sağalıb".

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2,4 milyonu ötüb. Virusa yoluxan şəxslərdən 165 903-ü ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0