Otuz ildə ilk dəfə! Çinin ÜDM-i çökdü

© AFP 2023Пустые улицы в Пекине, фото из архива
Пустые улицы в Пекине, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Statistika Bürosunun hesabatında bildirilir ki, Çinin illik ÜDM-i təxminən 3 trilyon dollar təşkil edib.

BAKI, 17 aprel — Sputnik. Koronavirus pandemiyasının təsiri altında Çin iqtisadiyyatının inkişaf dinamikası bu ilin birinci rübündə mənfi olub.

Sputnik Azərbaycan Çinin Dövlət Statistika Bürosuna istinadən xəbər verir ki, ölkənin ümumi daxili məhsulunda (ÜDM) 6,8 faiz azalma qeydə alınıb. 

Elşad Məmmədov - Sputnik Azərbaycan
Koronavirusun iqtisadi təsirlərini necə azaltmaq olar – professor danışır

Çin iqtisadiyyatı 1992-ci ildən bəri ilk dəfə mənfi artım nümayiş etdirib.

Dövlət Statistika Bürosunun hesabatında bildirilir ki, Çinin illik ÜDM-i 20,65 trilyon yuan (təxminən 3 trilyon dollar) təşkil edib. Bu göstərici ekspertlərin gözləntilərindən də pis olub. Onlar ÜDM-in 6,5 faiz düşəcəyini proqnozlaşdırıblar.

Xatırladaq ki, ötən ilin dekabrında Çinin Uhan şəhərində yeni tip koronavirus (SARS-CoV-2) yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də koronavirusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə pandemiya elan edib.

Martın 29-da Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi koronavirus epidemiyasının ölkədə bütövlükdə dayandığını bəyan edib. Son məlumatlara görə, Çində 82367 nəfərin koronavirusa yoluxma faktı təsdiqlənib, 77944 nəfər xəstəxanadan buraxılıb, 3342 xəstə dünyasını dəyişib.

Dünyada koronavirusa indiyədək yoluxanların sayı 2 milyonu keçib, 146 mindən çox adam isə virus səbəbilə ölüb.

Xəbər lenti
0